"Bu, Mahirin Superliqadakı yeganə qolu olmayacaq, ardı gələcək"

13:47 - 21 Aprel 2023

"Mahir Emrelinin "Adana Dəmirspor"la matçda qol hesabını açmasına çox sevindim. O, gəldiyi ilk gündən çox yaxşı oynayırdı. Vurduğu qolla da özünəinamı artıracaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Güvənç Kurtar deyib.

Azərbaycanda çalışmış türkiyəli mütəxəssislərdən olan Kurtar Emrelinin performansını dəyərləndirib. Hazırda Türkiyənin “A Spor” telekanalının şərhçilərdən olan veteran məşqçi millimizin üzvünün Superliqada daha yaxşı çıxış edəcəyinə inandığını bildirib: “Mən Azərbaycanda işləyəndə də Mahirin istedadını görmüşdüm. Onun daha yaxşı yerlərə gələcəyi gözlənilən idi. Məncə, Türkiyədə qalsa, daha yaxşıdır. Emrelinin Superliqanın sonuna qədər daha yaxşı performans göstərib, qollarını vuracağını düşünürəm. Yəni bu, Emrelinin Superliqadakı yeganə qolu olmayacaq, ardı gələcək".

Kurtar “Kocaelispor”, “Rizəspor”, “Dənizlispor”, “Bursaspor”, “Adana Dəmirspor”, “Diyarbəkirspor”, “Adanaspor”, “Rəvan” klublarını çalışdırıb.

Mirbağırağa

Xəbər xətti