İstanbul klubunun yeni baş məşqçisi açıqlandı

16:54 - 21 Aprel 2023

Türkiyənin "Ümraniyespor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Mustafa Er çalışdıracaq. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

"Ümraniyespor" iki gün əvvəl Recep Uçarla yollarını ayırmışdı.

Qeyd edək ki, Super Liqada 23 xal toplayan "Ümraniyespor" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti