"Qalatasaray"da Mauro İkardi şoku

11:54 - 22 Aprel 2023

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Mauro İkardi sıradan çıxıb. Super Liqanın XXX turunun "Alanyaspor"la matçında (4:1) zədələnərək meydanı tərk edən argentinalı hücumçunun durumu bəlli olub. 30 yaşlı forvardın sol ayaq əzələsində zədə aşkarlanıb.

İkardi Super Liqanın XXXI turunun "Fatih Karagümrük"lə oyununda komandasına kömək edə bilməyəcək. Bu qarşılaşma sabah Bakı vaxtilə saat 21:-00-da baş tutacaq.

Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini mövsümün əvvəlində PSJ-dən icarəyə götürüb. Təcrübəli futbolçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti