"Beşiktaş"ın futbolçusu "Qalatasaray"a qarşı oynamayacaq

17:09 - 23 Aprel 2023

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Raşid Qezzal sıradan çıxıb. Super Liqanın 30-cu turunun "Ümraniyespor"la matçında (2:0) qasıq nahiyəsindən zədə alan əlcəzairli futbolçu bir həftə məşqlərdən uzaq qalacaq.

Təcrübəli oyunçu 31-ci turun "Qalatasaray"la oyununda komandasına kömək edə bilməyəcək. İstanbul derbisi 30 aprel tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Qeyd edək ki, "Beşiktaş" Raşid Qezzalı 2020-ci ilin oktyabr ayında "Lester Siti"dən transfer edib. 31 yaşlı vinger cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 11 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti