Türkiyə millisinin qapıçısı "Zenit"də?

15:50 - 25 Aprel 2023

“Trabzonspor” və Türkiyə millisinin qapıçısı Uğurcan Çakırın karyerasını Rusiyada davam etdirəcəyi iddia olunur.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çakırın “Zenit”ə transfer olacağı gözlənilir. Amma Türkiyə çempionunun rəsmisi Emre Tok Rusiya mətbuatına açıqlamasında çıxan xəbərləri yalanlayıb:

“Zenit”in Çakırı transfer etmək istəməsi haqda heç nə eşitməmişəm. Ona görə də, bu barədə nəsə deyə bilmərəm”.

27 yaşlı qapıçı 2014-cü ildən“Trabzonspor”, 2016-cı ildən isə Türkiyə millisinin qapısını qoruyur.

Xəbər xətti