İstanbul derbisinin hakimləri açıqlandı

16:16 - 27 Aprel 2023

Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində baş tutacaq "Beşiktaş" - "Qalatasaray" görüşünün hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, İstanbul derbisini Ali Şansalan idarə edəcək. Ona yan xətt hakimləri Ceyhun Sesigüzel və Mehmet Emin Tuğral kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Tuqay Kaan Numanoğlu yerinə yetirəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçı 30 aprel tarixində Bakı vaxtilə saat 21:00-da "Vodafone Park" stadionunda baş tutacaq.

Xəbər xətti