SOCAR "Qalatasaray"ın sponsoru olacaq - İDDİA

16:34 - 27 Aprel 2023

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə nəhənginin sponsoru ola bilər.

Sportal.az xəbər verir ki, söhbət "Qalatasaray"dan gedir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

İddiaya görə, "Qalatasarayın" ev oyunlarını keçirdiyi Ali Sami Yen adına Stadion SOCAR-ın adını daşıyacaq. Bundan əlavə "sarı-qırmızılar"ın formasının ön hissəsində şirkətin adı yazılacaq. Həmçinin SOCAR İstanbul klubuna bir ulduz futbolçunun transferinin xərclərini qarşılayacaq.

Tərəflər arasında 4 illik müqavilənin imzalanacağı gözlənilir. Razılaşma baş tutsa, "Qalatasaray" illik 20-25 milyon avro gəlir əldə edəcək.

Xəbər xətti