"Qalatasaray"ın legioneri haqda: "Barselona"nın transfer siyahısında idi"

12:44 - 1 May 2023

"Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolonun agenti Klaudio Viqorelli “Barselona”nın futbolçu ilə maraqlanmasından danışıb.

Sportal.az xəbər verir ki, “TMW” portalına danışan italiyalı agent Zaniolanın Türkiyə nəhəngini seçməsini şərh edib:

“Zaniola “Barselona”nın transfer siyahısında idi. Kataloniya klubu onu çox bəyənirdi. Bunu sübut edə bilərəm. Sadəcə maliyyə məsələlərinə görə “Barselona” transferi reallaşdıra bilmədi. Sonda da “Qalatasaray”ın təklifini dəyərləndirdik”.

Qış “transfer pəncərəsi” zamanı “Qalatasaray”la müqavilə imzalamış 23 yaşlı italiyalının müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.

Xəbər xətti