Rusiya millisinin daha bir üzvü Türkiyə klubuna keçir

11:30 - 2 May 2023

Rusiya millisinin üzvü Dalyer Kuzyayev legioner həyatı yaşayacaq.

Sportal.az “championat.com” saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçiyə iki klubdan təklif gəlib. Onun meneceri hazırda Fransanın “Marsel” və Türkiyənin “Fatih Karagümrük” klubları ilə danışıq aparır. “Zenit”in yetirməsi olan Kuzyayev “Nefteximik”, “Kareliya”, “Axmat”da oynadıqdan sonra 2017-ci ildə Sankt-Peteburq klubuna qayıtmışdı. Onun “Zenit”lə müqaviləsi bu yay bitəcək. “Fatih Karagümrük” onu azad agent kimi heyətinə qatmaq istəyir.

Hazırda İstanbul təmsilçisinin heyətində Rusiya millisinin digər üzvü Maqomed Ozdoyev çıxış edir.

Xəbər xətti