"Qalatasaray"ın forvardı İngiltərəyə yollanır

14:30 - 2 May 2023

"Qalatasaray"da icarə əsasında çıxış edən Mauro İkardi İngiltərə Premyer Liqasında oynamağa yaxındır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, "Fulhem" argentinalı forvardı heyətinə qatmağa hazırlaşır. 

Bunun üçün ingilislər PSJ ilə danışıqlara başlayıb.

London təmsilçisi İkardi üçün PSJ-yə 12 milyon avro ödəyəcək. 

"Qalatasaray" da onu saxlamaq üçün hərəkətə keçib. İkardi mövsümün sonunda hansı komandaya keçəcəyinə qərar verəcək. 

30 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. 

Xəbər xətti