Türkiyə Super Liqasında baş məşqçi istefası

18:32 - 2 May 2023

Türkiyə Super Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Giresunspor"u çalışdıran Hakan Keleş tutduğu postdan istefa verib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 51 yaşlı mütəxəssisin istefası rəhbərlik tərəfindən qəbul olunub.

Qeyd edək ki, Hakan Keleş 2020-ci ilin avqust ayından "Giresunspor"u çalışdırırdı. Komanda onun rəhbərliyi altında ötən mövsüm Super Liqaya vəsiqə qazanmışdı. "Ağ-yaşıllar" hazırda çempionatda 27 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti