"Beşiktaş"dan Azərbaycan paylaşımı: "Gəlirik, can qardaş!" - FOTO

19:30 - 2 May 2023

"Sabah"ın Türkiyənin "Beşiktaş" klubu ilə yoldaşlıq oyunu keçirəcəyi barədə məlumat vermişdik.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi bu matçla bağlı tvitter hesabında paylaşım edib. "Qara qartallar" "Sabah"ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:

"Salam can qardaş,

Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq.

Hörmətlə,

Beşiktaş JK"

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" görüşündən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək. Qarşılaşma 13 may tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


Xəbər xətti