"Fənərbaxça"nın əfsanəsi Braziliya klubundan göndərildi

15:21 - 4 May 2023

"Avai" baş məşqçi Aleks de Souzanı istefaya göndərib. 

Sportal.az xəbər verir ki, Braziliya klubu "Fənərbaxça"nın əfsanəsi sayılan veteranla yoluna davam etmək istəməyib.

Qarşılıqlı razılıq əsasında 45 yaşlı məşqçinin müqaviləsinə xitam verilib. 

Aleks bu ilin yanvar ayında B seriyası klubuna baş məşqçi təyin edilmişdi. 

Xəbər xətti