"Beşiktaş"ın Azərbaycana səfər planı dəqiqləşdi

12:44 - 5 May 2023

"Beşiktaş"ın xeyriyyə matçında "Sabah"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Türkiyə klubunun Bakıya səfər planları məlum olub.

Şenol Günəşin rəhbərlik etdiyi kollektiv oyundan bir gün əvvəl, axşam saatlarında çarter reysi ilə paytaxtımıza gələcək.

"Beşiktaş"ın Bakıda məşqi planlaşdırılmayıb.

İstanbul təmsilçisi matçdan dərhal sonra Türkiyəyə qayıdacaq. “Sabah” - “Beşiktaş” matçı mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.

Xəbər xətti