"Zirə"nin yarımmüdafiəçisi Hamidu Keytanın adı tez-tez "Qarabağ"la hallanır. Futbolçunun Ağdam klubuna keçidi gündəmə gəlir. Onun adıçəkilən klubdan təklif alıb-almadığını öyrənmək üçün özünə müraciət etdik.
Sportal.az saytına açıqlama verən Keyta "Qarabağ"da oynamağa müsbət yanaşdığını bildirib:
"Qarabağ"dan təklif gəlsəydi, xoşbəxt və məmnun olardım. Hər halda, söhbət Azərbaycanın ən yaxşı komandasından gedir. Belə təklif olsa, gedib və ya qalmaqla bağlı düşünərdim”.
Xatırladaq ki, Hamidu martın 26-da “Qarabağ”ın "Qalatasaray"a qarşı oynadığı xeyriyyə matçında iştirak etmişdi. O, Ağdam klubunun heyətində ikinci yarıda meydana çıxmışdı.
saytlarin hazirlanmasi