Türkiyə millisinin üzvü "Nyukasl"a doğru

13:18 - 7 May 2023

"Nyukasl" "Fənərbaxça"nın yarımmüdafiəçisi Arda Gülərin ailəsi ilə görüşərək mümkün transferi müzakirə etməyə hazırlaşır.

Sportal.az "Football Insider"ə istinadən xəbər verir ki, görüş bu həftə sonu Dubayda baş tutmalıdır.

"Nyukasl" Gülərin transfer yarışında qalib gəlmək istəyir. Futbolçunun ailəsi 18 yaşlı türkiyəli futbolçu ilə maraqlanan “Barselona” və "Ayaks"ın təkliflərini də gözdən keçirməyi planlaşdırır. Gənc futbolçunun "Fənərbaxça" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. 

Arda Gülər bu mövsüm "Fənərbaxça"nın heyətində bütün yarışlarda 29 oyuna çıxıb və yalnız 12-ni start heyətində keçirib. Futbolçu cari mövsümün bütün yarışlarında altı qol vurub və üç məhsuldar ötürmə edib.

Xəbər xətti