"Fənərbaxça" Jesusun yerinə onu gətirəcək

18:20 - 9 May 2023

Türkiyənin "Fənərbaxça" klubu baş məşqçi Jorje Jesusdan məmnun deyil.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssisin yayda başa çatmalı olan müqaviləsini uzatmayacaq. Bu barədə "Record" nəşri məlumat yayıb.

"Sarı-lacivərtlilər"in baş məşqçi postuna kimi gətirmək istədiyi də artıq bəllidir. "Fənərbaxça" rəhbərliyi hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli" klubunu çalışdıran Leonardo Jardimlə danışıq aparır. 

Xəbər xətti