Son Türkiyə çempionu olan "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Ayaks"dan icarəyə götürdüyü Naci Ünüvarın müqaviləsini vaxtından əvvəl ləğv edib. Bu barədə klubun rəsmi saytı məlumat verib. 19 yaşlı yarımmüdafiəçinin sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Trabzonspor" Naci Ünüvarı yayda bir mövsümlük icarəyə götürmüşdü. Türkiyə U-21 millisinin üzvü komandanın heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi