"Beşiktaş" "Sabah"la matçın hazırlığına başladı

22:54 - 10 May 2023

Türkiyənin "Beşiktaş" klubu "Sabah"la keçirəcəyi yoldaşlıq oyununun hazırlıqlarına başlayıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 3 günlük istirahətdən sonra bu gün məşqlərə start verib. Şenol Güneşin rəhbərlik etdiyi kollektivin mətbuata qapalı keçirilən hazırlığı 1,5 saat davam edib. Klub prezidenti Ahmet Nur Çebi və idman direktoru Ceyhun Kazancı da məşqi izləyib.

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün xərclənəcək.

Xəbər xətti