"Qalib gələrək finala yüksəlməyimizi istəyirəm"

13:30 - 12 May 2023

"Roma"nın hücumçusu Temmi Abraham Avropa Liqasının ilk yarımfinal görüşündə "Bayer" (Leverkuzen) üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Sportal.az "UEFA"ya istinadən xəbər verir ki, ingilis hücumçu Leverkuzen təmsilçisini məğlub etməkləri barədə bu cür danışıb:

"Çox çətin oyun oldu, amma qalib gəldiyimiz üçün xoşbəxtik. Ev stadionu, möhtəşəm azarkeşlər... Çətin olacağını gözləyirdik və cavab görüşü də eyni cür alınacaq. İlk oyundakı kimi oynamalıyıq. Qol vurmaq həmişə gözəldir, amma mənim üçün ən vacibi komandamın qələbəsinə kömək etməkdir. Sadəcə qalib gələrək finala yüksəlməyimizi istəyirəm".

Əlavə edək ki, tərəflər arasında ikinci matç bir həftə sonra Almaniyada oynanılacaq.
 

Xəbər xətti