"Qalatasaray"ın prezidenti: "Qarabağ"la matçda böyük gəlir əldə olundu"

17:36 - 12 May 2023

 

"Qalatasaray"ın prezidenti Dursun Özbek "Qarabağ"la keçirdikləri yoldaşlıq oyunu haqda danışıb.

Sportal.az xəbər verir ki, yerli mətbuata açıqlama verən "sarı-qırmızılar"ın rəhbəri həmin görüşdən böyük gəlir əldə olunduğunu bildirib:

"Bakıya getdik, yardım toplamaq üçün oyun keçirdik. Həmin matçda böyük gəlir əldə olundu. Növbəti mərhələdə Almaniyada "Ştutqart"la oyun keçirəcəyik. Əldə olunan gəlir zəlzələ bölgəsinə göndəriləcək".

Qeyd edək ki, "Qalatasaray" 26 mart tarixində Bakıda "Qarabağ"la xeyriyyə oyunu keçirmişdi. İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmadan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara göndərilib.

 

Xəbər xətti