Mahir Emreli: "Konyaspor"da hər şey ürəyimcədir"

18:56 - 12 May 2023

Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli "CBC Sport" kanalına müsahibə verib.

Sportal.az xəbər verir ki, 26 yaşlı forvard Super Liqa klubuna keçidi haqda danışıb. Millimizin hücumçusu "Konyaspor"da hər şeyin ürəyincə olduğunu bildirib:

"Son günlərdə bəzi reallıqları gördüm. Bundan sonra rəhbərliklə görüşdüm və ortaq məxrəcə gəldik. Nəticədə "Konyaspor"a transferim gerçəkləşdi. Burada futbol baxımından hər şey ürəyimcədir. Mənə xoş olan o oldu ki, tribunada Azərbaycan bayrağı asılıb. Bu gün də gedib görə bilərsiniz. Bayrağın üzərində "Təşəkkürlər" yazılıb. Bu, mənim üçün çox özəl və dəyərli haldər. Fikrimi tam olaraq qarşıdakı 5 oyuna yönəltmişəm. Sonda xeyirlisi nədirsə, o da olar".

Qeyd edək ki, "Konyaspor" Mahir Emrelini qış transfer pəncərəsi zamanı Zaqreb "Dinamo"sundan 6 aylıq icarəyə götürüb.

Xəbər xətti