"Beşiktaş" Bakıda - FOTOLAR

19:59 - 12 May 2023

Türkiyənin "Beşiktaş" klubu "Sabah"la yoldaşlıq görüşü keçirmək üçün Azərbaycana gəlib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ı ölkəmizə gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. "Qartallar"ı Bakıda xeyli sayda azarkeş qarşılayıb.

Qeyd edək ki, "Sabah" - "Beşiktaş" qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.


Xəbər xətti