Türkiyə millisinin üzvü Rusiyaya qayıda bilər

15:51 - 14 May 2023

Türkiyə millisinin üzvü Yusuf Yazıcı Rusiyaya qayıtmağa hazırlaşır.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçiyə Rusiyadan təkliflər var. Futbolçunun agenti Adem Cebeci məsələ haqda sport24.ru" saytına danışıb:

"Yusufun yayda Rusiyaya geri qayıtması baş tuta bilər. Niyə də olmasın? Orada çox yaxşı anlar yaşamışıq. Yaxşı münasibət də qalıb. Bu mənada, istənilən təklifi gözdən keçirməyə hazırıq".

26 yaşlı futbolçu müqavilə ilə “Lill”ə məxsusdur. “Trabzonspor” yetirməsi olan yarımmüdafiəçi ötən il ÇSKA-da oynamışdı.

Xəbər xətti