Türkiyədə sabiq futbolçular deputat seçildilər

16:36 - 15 May 2023

Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, 3 sabiq futbolçu da deputat seçilib. Bunlar Türkiyə millisinin sabiq üzvləri Ünal Karaman, Saffet Sancaklı və Alpay Özalandır.

İYİ Partidən olan Ünal Karaman Konyadan, AK Parti təmsilçisi Alpay Özalan Hataydan, MHP üzvü olan Saffet Sancaklı isə Kocaelidən millət vəkili seçilib.

Xəbər xətti