Türkiyədə legioner limiti açıqlandı

20:20 - 15 May 2023

Türkiyə Super Liqasında və I Liqada 2023/2024 mövsümü üçün legioner limiti müəyyənləşib.

Sportal.az xəbər verir ki, bununla bağlı Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat paylaşıb.

Super Liqa klubları hazırda olduğu kimi yeni mövsümdə də 8 legioner oynada biləcəklər. Qarşılaşmanın iştirak ərizəsinə isə maksimum 14 əcnəbinin daxil edilməsinə icarə veriləcək.

I Liqada isə klublar 5 legioner futbolçu oynatmaq hüququna sahib olacaq. Daha 3 əcnəbi isə ehtiyatda qala bilər.

Xəbər xətti