"Fənərbaxça"da ciddi itki: Derbidə oynamayacaq

15:17 - 16 May 2023

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər"in futbolçusu Brayt Osayi-Samuel sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı sağ cinah müdafiəçisi komandanın məşqi zamanı ayaq əzələsindən zədələnib. Nigeriyalı arxa xətti oyunçusu Super Liqada "Trabzonspor"la derbi matçını, ölkə kubokunun yarımfinal mərhələsinin isə "Sivasspor"la cavab oyununu buraxacaq.

Qeyd edək ki, "Fənərbaxça" Brayt Osayi-Samueli 2021-ci ilin yanvar ayında QPR-dən transfer edib. Nigeriya millisinin üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti