Türkiyənin məşhur klubu həvəskar liqaya düşdü

18:47 - 16 May 2023

Türkiyənin köklü klublarından olan "Eskişehirspor" həvəskar liqaya düşüb.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" 3-cü liqanın 33-cü turunda doğma meydanda "Elazığspor"a 3:6 hesabı ilə məğlub olub. Bu nəticədən sonra aktivində 26 xal olan "Eskişehirspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda 16-cı yerdə olan "Ednirnespor"dan 6 xal geri qalır.

"Eskişehirspor" növbəti mövsümdə Regional Həvəskar liqada mübarizə aparacaq.

Xəbər xətti