"İnter" Çempionlar Liqasının yarımfinalında "Milan"ı mübarizədən kənarlaşdıraraq fianla yüksəlib.
Sportal.az xəbər verir ki, 1:0 hesablı qələbədən sonra "göy-qaralar"ın futbolçusu Hakan Çalhanoğlu açıqlama verib. Türk yarımmüdafiəçi öz ölkəsində final oynayacağı üçün xoşbəxt olduğunu bildirib:
"Evimə gedirəm. Ölkəmdə Çempionlar Liqası finalı oynamaq möhtəşəm olacaq. Bu, bir yuxudur. Finala layiq olduğumuzu düşünürəm. Çox xoşbəxtəm. Bu mövsüm Çempionlar Liqasını möhtəşəm keçirdik. Biz bir ailə kimiyik. Komanda yoldaşlarımızla yaxşı vaxt keçiririk. Finalda rəqibimizin kim olacağının fərqi yoxdur. Vacib olan finala çıxmağımızdır".
Qeyd edək ki, Çempionlar Liqasının finalı 10 iyun tarixində İstanbul Olimpiya Stadionunda baş tutacaq. "İnter"in həlledici görüşdəki rəqibi "Mançester Siti" - "Real" matçından sonra bəlli olacaq.
saytlarin hazirlanmasi