"Arsenal" qapıçısı ilə yeni müqavilə imzaladı - RƏSMİ

20:07 - 18 May 2023

İngiltərənin "Arsenal" klubunda yeni müqavilə imzalanıb.

Sportal.az xəbər verir ki, London təmsilçisi qapıçı Eron Ramzdeyllə "nikah təzələyib". Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərəli qolkiperlə uzunmüddətli sözləşmə imzalandığı qeyd olunub. Lakin müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Arsenal" Eron Ramzdeyli 2021-ci ilin yayında "Şeffild Yunayted"dən transfer edib. 25 yaşlı "əlcək sahibi" cari mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda qapısında 45 qol görüb. O, 14 oyunda çərçivəni toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti