"Fənərbaxça"nın sabiq üzvü "Qalatasaraya"a keçir

17:21 - 19 May 2023

"Spartak"ın futbolçusu Viktor Mozes yenidən Türkiyədə oynaya bilər.

Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, nigeriyalı futbolçunun xidmətində “Qalatasaray” maraqlıdır.

32 yaşlı futbolçunun meneceri ilə Türkiyə klubunun nümayəndəsi görüş keçirib. Danışıqlar baş tutarsa, yarımmüdafiəçi yayda “Qalatasaray”la rəsmi müqaviləyə qol çəkəcək.

Onun “Spartak”la müqaviləsi isə 2024-cü il iyunun 30-da başa çatacaq. Mozes “Liverpul”, “Çelsi”, “Vest Hem”, “Stok Siti”, “Fənərbaxça”, “İnter” klublarında oynayıb.

Xəbər xətti