"Deməzdim ki, "Neftçi" favoritdir"

16:18 - 20 May 2023

"Son turda "Turan Tovuz"a uduzduq. Çox çalışsaq da, xal qazanmaq mümkün olmadı. Qarşıdakı turda qarşılaşacağımız "Şamaxı" ilə oyuna hazırlaşırıq. "Şamaxı" aşağı pillələrdə olsa da, yaxşı komandadır. Qalib gəlmək üçün ən yaxşısını edəcəyik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib.

Bölgə klubunun forvardı "Qəbələ"nin ölkə kubokunun finalında "Neftçi" ilə qarşılaşmadan gözləntilərini də bölüşüb. Onun fikrincə, görüş "Bakcell Arena"da keçirilməsinə baxmayaraq "Neftçi" favorit deyil:

"Hazırda bütün diqqətimiz ölkə çempionatının oyunlarına yönəlib. Əgər finalı soruşursunuzsa, deməzdim ki, "Neftçi" favoritdir. Çünki final tam fərqli ab-havada hökm sürür. Çempionatdakı iki final görüşünü düşünürük. Ondan sonra kuboku düşünmək vaxtımız olacaq".

Mirbağırağa

Xəbər xətti