Azərbaycalı futbolçular oynadı, komandaları məğlub oldu

13:35 - 21 May 2023

Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi "Ximki" səfərdə "Axmat"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı oyunçular da bu görüşün iştirakçısı olunlar. Ayaz 46-cı, İlya isə 73-cüm dəqiqədə meydana daxil olub.

28 turdan sonra 18 xal toplayan "Ximki" 16 komanda arasında turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti