"Barselona" rəsmisi: "Messi qayıtsa, hamımız xoşbəxt olarıq"

17:58 - 21 May 2023

"Barselona"nın vitse-prezidenti Rafael Yuste mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Lionel Messi ilə bağlı açıqlama verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmisi argentinalı hücumçunun geri qayıtmağını istədiyini bildirib:

"Azarkeşlər həmişə onu soruşurlar. Nə vaxt danışsam, özümə problem yaradıram. Həqiqətən də onun qayıtmasını istəyirəm. Çünki, mən  "Barselona" azarkeşiyəm. Onun ayrılığını hələ də unutmamışam. Messi qayıtsa, hamımız xoşbəxt olarıq".

Xəbər xətti