"Turan Tovuz" aparıcı futbolçusu ilə razılıq əldə etdi

17:11 - 22 May 2023

"Turan Tovuz" aparıcı futbolçularından biri ilə yeni müqavilə üçün razılıq əldə edib.

Sportal.az saytına verilən məlumata görə, Qərb təmsilçisinin əsas kapitanı Kamal Bayramov yeni mövsüm də hazırkı komandada qalacaq. 

Belə ki, təcrübəli qolkiperin müqavilə müddəti daha bir il artırılacaq. "Turan"ın yetirməsi olan 37 yaşlı qapıçı “Muğan”, “Xəzər Lənkəran”, “Rəvan”, “Araz Naxçıvan”, “Zirə”, “Səbail”, “Keşlə” klublarının formasını geyinib.

Xəbər xətti