Murad Musayev: "Modriç və Benzemanı komandada görmək istəyərdim"

20:09 - 22 May 2023

"Çoxlu hücumlar şəraitində keçən oyunun şahidi olduq. Emosiyalar, ikili mübarizələr var idi. Bəzi futbolçularımız zədəlidir. Buna baxmayaraq, peşəkarlığımızı göstərdik, sona kimi oynadıq və keyfiyyətli futbol sərgilədik".

Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 35-ci turunun "Zirə" ilə görüşündən sonra deyib.

- Sizin "Krasnodar"la avrokubok təcrübəniz var. "Sabah"ın hazırkı heyəti ilə Konfrans Liqasında hansı nəticəyə ümid etmək olar?

- Hələ mövsüm başa çatmayıb. Avrokuboklardan öncə birinci transferlər etməliyik. İkincisi püşkdən də çox şey asılıdır. Çünki, çox güclü rəqiblər var. Heç nə söz verə bilmərəm. Bir şeyi söz verə bilərəm ki, təlim-məşq toplanışında çox ciddi hazırlaşacağıq. Bunun nəticəsində nələrin olacağını gələcəkdə görəcəyik. 

- Aleksey Kaşukla növbəti mövsüm üçün razılıq əldə etdiyiniz deyilir. Bu, nə dərəcədə doğrudur?

- Onunla hələ anlaşmamışıq.

- "Krasnodar"dan Şapi Süleymanovu transfer edəcəyiniz deyilir...

- Biz bu haqda danışmamışıq. Bilmirəm məlumat haradandır. 

- Heyətin neçə faiz güclənməsinə ehtiyac var?

- Nəyə görə faizlə dəyərləndirirsiz? İstəyərdim ki, "Real" kimi olaq. Modriç və Benzemanı komandada görmək istəyərdim. Kim bura gələcək? Bunu da düşünmək lazımdır. İstəyərdik ki, güclənək.  

Xəbər xətti