İngiltərə klubları gürcü qapıçını istəyir

12:49 - 24 May 2023

"Valensiya" və Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili İngiltərəyə yollana bilər. 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, gürcü qapıçının xidmətində "Aston Villa" və "Tottenhem" klubları maraqlıdır. 

Mamardaşvilinin "Valensiya" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. İngiltərə klubları onu transfer etmək üçün 100 milyon avrodan vaz keçməlidir. 

Qolkiper "Valensiya"nın heyətində bu mövsüm bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti