Məhəmməd Salah: "Tamamilə məhv oldum"

19:28 - 26 May 2023

"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu Çempionlar Liqasına qatıla bilmədikləri üçün məyus olduğunu bildirib:

"Tamamilə məhv oldum. Bunun heç bir bəhanəsi ola bilməz. Gələn il Çempionlar Liqasına qatılmaq üçün hər cür imkanlara malik idik, amma uğursuz olduq. Biz "Liverpul"uq və bu turnirə vəsiqə qazanmaq minimum hədəfdir. Azarkeşlərin əhvalını yaxşılaşdırmaq üçün söz tapa bilmirəm. Özümüzü və onları məyus etdik".

Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasında mövsümün bitməsinə bir tur qalmış 66 xalla 5-ci pillədə qərarlaşıb. Mersisayd təmsilçisini Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən 4 xal ayırır.

Xəbər xətti