"İnter"in müdafiəçisi Milan Şkrinyar zədəsini sağaltmaq üzrədir.
Sportal.az "Gazzetta.it" portalına istinadən xəbər verir ki, slovakiyalı müdafiəçi Çempionlar Liqasının finalında oynamaq istədiyi üçün həkim nəzarətini gücləndirib. O, final görüşünün iştirakçısı olmaq niyyətindədir.
Çempionlar Liqasının finalı iyunun 10-da İstanbuldakı "Atatürk Olimpiya Stadionu"nda keçiriləcək. Həlledici görüşdə "İnter" və "Mançester Siti" klubları üz-üzə gələcək.
saytlarin hazirlanmasi