Ulduz futbolçu Türkiyədə nazir təyin oluna bilər

18:17 - 30 May 2023

Almaniya milli komandasının sabiq üzvü Mesut Özil nazir vəzifəsinə təyin oluna bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 34 yaşlı veteran yarımmüdafiəçinin Türkiyədə gənclər və idman naziri təyin olunacağı iddia olunur.

Qeyd edək ki, Mesut Özil karyerası ərzində "Şalke", "Verder", "Real" "Arsenal", "Fənərbaxça" və "Başakşehir"də çıxış edib. Keçmiş futbolçu 92 dəfə formasını geyindiyi Almaniya millisinin heyətində 23 qol vurub. O, bundestimlə 2014-cü ildə dünya çempionluğu yaşayıb.

 

Xəbər xətti