İtaliya Futbol Federasiyası "Yuventus"u cərimələdi

20:30 - 30 May 2023

İtaliya Futbol Federasiyası (FIGC) "Yuventus"u cərimələyib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi 2019/2020 ve 2020/2021 mövsümlərində futbolçulara ödədiyi maaşlarda saxtakarlıq etdiyi üçün cəzaya məruz qalıb. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. "Qoca sinyora" 718 240 avro məbləğində cərimələnib.

Qeyd edək ki, maliyyə fırıldağına görə "Yuventus"un daha əvvəl 10 xalı silinmişdi. Komanda 37 turdan sonra A Seriyasında 59 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti