"Liverpul"dan "Barselona"nın futbolçusu üçün 35 milyon avroluq təklif

20:55 - 5 İyun 2023

İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Frank Kessye ilə maraqlanır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb. "Liverpul" Fil Dişi Sahilindən olan futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Frank Kessye ötən ilin yayında "Milan"la müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Barselona"ya keçmişdi. 26 yaşlı orta xətt oyunçusu Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti