"İnter"in müdafiəçisi Robin Qosens Çempionlar Liqasının finalında "Mançester Siti"yə qarşı keçiriləcək oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan almaniyalı futbolçu finalda qalib gəlmək istədiklərini deyib:
"Torino" ilə görüşədki uğurlu nəticə İstanbuldakı oyunöncəsi bizə inam verdi. Son 20 dəqiqə asan olmadı, amma bir həftədən sonra bizi eyni şey gözləyir. Yaxşı qələbə idi. Finalı həmişə xəyal edirdim. Yadımdadır, on il bundan əvvəl dostlarımla bu cür oyunlara baxırdıq, amma yaxın günlərdə özüm final matçına çıxacam. Bu inanılmazdır. Bura qədər gəldiyimiz üçün fəxr edirik və buna layiqik. Əlimizdən gələni edəcəyik ki, ən yaxşısını göstərək. Bura gəlmək və start heyətində oynamaq şansı qazanmaq üçün çox mübarizə apardım. İndi mən daha çox oynayıram və bütün güclü tərəflərimi göstərməkdən məmnunam".
İyunun 10-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi