"Qalatasaray"ın istədiyi forvarda Səudiyyə Ərəbistanından təklif gəldi

10:55 - 8 İyun 2023

"Marsel"in hücumçusu Aleksis Sançes Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, çililiyə "Əl-Fateh"dən sərfəli təklif gəlib.

"Qalatasaray"ın da transfer siyahısında yer alan Sançesin hansı qərarı verəcəyi dəqiq bilinmir. "Əl-Fateh" təcrübəli forvarda iki illik müqavilə təklif edib. Təkliflərə baxmayaraq, "Marsel" hücumçusunu saxlamaq niyyətindədir.

Xəbər xətti