"Qalatasaray" ayrılığı açıqladı

16:50 - 8 İyun 2023

2022/2023 mövsümünü çempion tamamlayan "Qalatasaray" ilk ayrılığı açıqlayıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Bafetimbi Qomislə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti artırılmayıb.

Qeyd edək ki, Bafetimbi Qomis 2022-ci ilin fevral ayında "Əl Hilal"dan "Qalatasaray"a keçmişdi. Fransalı forvard Türkiyə klubunun heyətində son mövsümdə keçirdiyi 28 matçda 10 qol və 3 asistlik performan göstərib.

Xəbər xətti