"Beşiktaş"da Cenk Tosun şoku

10:50 - 9 İyun 2023

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "qara qartallar"ın hücumçusu Cenk Tosun sıradan çıxıb. Super Liqanın sonuncu turunun "Konyaspor"la matçında (3:3) zədələnən 32 yaşlı forvardın durumu ciddidir.

Əzələsində yırtıq aşkarlanan təcrübəli futbolçu ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq. O, əməliyyat olunacağı halda isə bərpa prosesi ən azı 3,5 ay çəkəcək.

Qeyd edək ki, Cenk Tosun 2022/2023 mövsümündə "Beşiktaş"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti