Acun Ilıcalı daha bir futbol klubu aldı

11:26 - 9 İyun 2023

Türkiyəli iş adamı Acun Ilıcalı yeni futbol klubu alıb.

Sportal.az xəbər verir ki, o, İrlandiyanın "Şelburn" klubunun sahibi olub. İş adamı bu barədə öz sosial şəbəkə hesabında məlumat verib. Tanınmış jurnalist bildirib ki, hədəfləri komandanın avrokuboklarda uğurlu çıxış etməsidir.

Qeyd edək ki, Acun Ilıcalı İngiltərənin "Hall Siti" klubunun da sahibidir.

Xəbər xətti