Super Liqa klubunun baş məşqçisi açıqlandı

10:54 - 10 İyun 2023

Türkiyənin "Rizespor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisini İlhan Palut çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

İlhan Palut "Rizespor"un baş məşqçisi postunda Bülent Korkmazı əvəz edib.

Qeyd edək ki, Türkiyə I Liqasını II pillədə başa vuran "Rizespor" yeni mövsümdə Super Liqada mübarizə aparacaq.

Xəbər xətti