"Mançester Siti" Çempionlar Liqasının final matçında "İnter"lə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola oyundan öncə keçirilən mətbuat konransında açıqlama verib:
"Mövsümü Çempionlar Liqası kubokunu qazanaraq bitirmək istəyirik. Bunu gerçəkləşdirmək üçün buradayıq. Keçmişə baxaraq favorit olduğumuzu demək çox asandır. Hazırda İstanbul zamanıdır. Bacardığımızı etməli və fərqimizi göstərməliyik. Rəqibimizə hörmətlə yanaşırıq. Baş verə biləcək hər şeyə hazırıq".
Qeyd edək ki, İstanbul Olimpiya Stadionunda keçiriləcək final matçı Bakı vaxtilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi