Mauro İkardi üçün Səudiyyə Ərəbistanı variantı

13:52 - 11 İyun 2023

Səudiyyə Ərəbistanının "Əl-Taavun" klubu PSJ-nin forvardı Mauro İkardini heyətinə cəlb etmək istəyir.

Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, başa çatan mövsümü "Qalatasaray"da icarədə keçirmiş argentinalı ərəb klubuna da eyni şərtlərlə yollana bilər. Hazırda "Əl-Taavun" rəhbərliyi PSJ ilə bu yöndə danışıqlar aparır.

İkardi 2022/2023 mövsümündə “Qalatasaray”ın heyətində 26 oyunda 23 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbər xətti